Interposta.Info

Ermənilər Tərtəri atəşə tutur: 2 mülki şəxs yaralandı

Ölkə
 5-10-2020, 09:49     471

Cəbhədə şiddətli döyüşlər davam edir.

"İnterPosta" xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alınıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

Bundan başqa, mülki evlərə, mülki obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb.

Hazırda döyüşlər davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26