Interposta.Info

Ermənilər Ağdamın Mahrızlı kəndinə top atıb, ev tamamilə dağılıb

Gündəm
 8-11-2020, 13:10     613

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Mahrızlı kəndini artilleriya atəşinə tutub.

Düşmənin atdığı top mərmilərindən biri Mahrızlı kənd sakini Qalib Gərayovun yaşayış evinə düşüb. Nəticədə ev tamamilə dağılıb. Ev quşları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün ərzində ermənilər Ağdam rayon ərazisinə 100-ə yaxın top mərmisi atıb, 15-ə yaxın mülki evə və mağazaya ziyan dəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26