Interposta.Info

MİDA-nın binasında ölüm

Ölkə
 15-09-2020, 14:20     616

Sentyabrın 14-də saat 10 radələrində Yasamal rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Yasamal rayon prokurorluğundan "İnterPosta"ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, Yasamal rayonu ərazisində "AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan hündürmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26