Yeni başçı müavinlərini və köməkçisini işdən çıxardı

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2 müavinini və köməkçisini vəzifəsindən azad edib.
"İnterPosta" Unikal.org-a istinadən məlumatına görə, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26