Interposta.Info

İcra başçısı müavinini və köməkçisini işdən çıxardı

Ölkə
 21-04-2020, 16:37     424

Şamaxı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

"İnterPosta"ya daxil olan məlumata görə, bu barədə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Mübariz qızı Ələkbərova və başçının köməkçisi Yaqub Arif oğlu Yaqubov vəzəfəsindən azad olunub.

Onların yerinə təyinat olmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26