Interposta.Info

Reanimasiyadakı xəstələrin sayı artdı

Ölkə
 9-09-2020, 21:09     566

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 9-na olan statistik göstəriciləri açıqlayıb.

"İnterPosta" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 058 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 139 nəfər reanimasiyada, 15 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 135 və 12 idi.

Ümumilikdə 37 732 nəfər virusa yoluxub, 35 119 nəfər sağalıb, 555 nəfər vəfat edib.

Bu gün 7 140 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 980 978 test aparılıb.

Qeyd edək ki, bu gün 175 koronavirusa yoluxma faktı qeydə alınıb, 154 nəfər sağalıb, 3 nəfər ölüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26