Interposta.Info

Azərbaycanda yoluxma və sağalanların sayı yenidən kəskin artdı

Ölkə
 19-01-2021, 19:27     352

Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ''İnterPosta''-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 10 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib. Hazırda 7 944 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, bu günə qədər isə ümumilikdə 2 328 507 test icra olunub.

Qeyd edək ki, ötən gün 118 yeni yoluxma faktı qeydə alınmış, 503 nəfər müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26