Interposta.Info

Babazənan dağlarındakı şəfalı bulaqlar baxımsız halda - VİDEO

Ölkə
 3-08-2020, 15:30     337

Babazənan dağlarında insan sağlamlığı üçün olduqca faydalı isti sular, bulaqlar var.

Əsrlərdir ki, dağın ətəklərində bu isti sular, bulaqlar qaynayaraq üzə çıxır, insanlar bunlardan yetərincə faydalanırlar. Şəfa tapmaq üçün bura təkcə yerli sakinlər, ətraf bölgələrdən deyil, hətta bir sıra xarici ölkələrdən gələnlər olur.

"İnterPosta" "Baku TV"yə istinad edərək xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üç-dörd gün vanna qəbul etdikdən sonra isti suların müalicəvi əhəmiyyətini hiss edirlər.

Radikulit, revmatizm, xüsusilə də qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün həmin isti sular əvəzsizdir.

Bulaqdakı hidrogen-sulfid qazı dəri xəstəlikləri ilə yanaşı, şişxassəli xəstəlikləri törədən ağır metalları belə bədəndən çıxarır. İsti suların baxımsız qalması isə şəfa tapmaq üçün bura üz tutanları daha çox narahat edir.

Mütəxəssislər hesab edir ki, sözügedən ərazidə turizmi inkişaf etdirmək üçün potensial imkanlar var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26