Interposta.Info

Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -

Ölkə
 10-08-2017, 14:01     10 650

Sis buludları içində qeyb olan qayalıqları, masmavi göllərdə üzən buzlaqları, torpağın içindən qaynayaraq çıxan və soba kimi istifadə edilən qeyzerləri ilə qəribə bir topoqrafik quruluşa sahibdir İslandiya.
Belə təbiət detalları ilə insan varlığının bir arada düşünülməsi çətin olsa da, islandiyalılar bu təbiətlə vəhdətdə yaşamağı bacarıb.
İSLANDİYA ÜSULU ÇÖRƏK
Adadakı insan-təbiət vəhdətinin ən bariz nümunələrindən birini çörək bişirilərkən görə bilərik.
Burada məskunlaşan Siqurdur Rafn Hilmarsson adlı sakin kiçik kurort şəhərində ənənəvi çovdar çörəyi ustası olaraq məşhurlaşıb. Onun hazırladığı çörəklər torpaqda qazılan çuxurda, qeyzer sularının təbii temperaturu ilə bişir. O, tərkibi çovdar və buğda unu, şəkər tozu, duz və süddən ibarət olan xəmiri dəmir qazanlara qoyaraq 30 sm dərinlikdəki çuxura yerləşdirib üstünü torpaqla örtür. 24 saat bişmə müddətindən sonra isə qazançaları göldə soyudur.
İslandiya adasının sadəcə 25%-də bitki örtüyü vardır. Torpaqların dörddən biri də buzlaqlar və yanar dağlardan ibarətdir. Adada, əsasən, balıq və balıq məhsulları istehsal edilir. Daha alçaq bölgələrdə isə taxıl tarlaları salınıb.
TƏBİİ ENERJİ
İslandiyalılar tarix boyunca qeyzer sularını yemək bişirmək və paltar yumaq üçün istifadə edirlər. Bu günsə modern avtomobillərdə belə bu təbii sulardan enerji kimi istifadə edilir.
Rəsmi statistikaya görə, ölkədəki enerji sərfiyyatının 66%-i, elektrikin isə 25%-i geotermal stansiyalardan təmin edilir. Adada hər 10 evdən 9-u bu qaynaqlar vasitəsilə isidilir. Məhz bu səbəbə görə buradakı şəhərlər təbiətin qoynunda, qeyzerlərə yaxın ərazilərdə salınıb.
Amma bunun mənfi cəhətləri də yox deyil. Bəzi zamanlar zəlzələlərdən sonra evlərin döşəməsindən isti su püskürmələri baş verir. Başqalarının təhlükəli olduğunu düşündüyü bu durumu islandiyalılar olduqca normal qarşılayır.
COĞRAFİ MÖVQE
Yüksək geotermal aktivlik İslandiyanın coğrafi ərazisi ilə bağlıdır. Bu ada Amerika və Avropa qitələrinin Atlantik okeanının tam ortasında kəsişdiyi nöqtə olan Orta Atlantik Kürəyinin üzərində yerləşir. Bu mövqe yer qabığının ən isti olduğu nöqtələrdən biridir.
Nə vaxtsa İslandiyaya yolunuz düşsə, məşhur çovdar çörəyindən dadmağı və xoşbəxt olmağı unutmayın.

interposta.info
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -
Qeyzerlərdə bişən çörəklər, döşəməni deşən "bulaqlar" və xoşbəxt üzlər -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26