Interposta.Info

İslandiya klubundan Halldorsson açıqlaması

İdman
 2-02-2019, 18:18     10 356

İslandiyanın "Valur" klubunun baş məşqçisi Runar Kristinsson "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun transferi ilə bağlı dolaşan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "futbolti.net" saytına istinadən yaydığı xəbərə görə, 49 yaşlı mütəxəssis islandiyalı qolkiperi almaq haqda düşünmədiklərini söyləyib:

"Hanneslə əlaqə saxlayırammı? Əlbəttə, bu gün İslandiyada çox adam onunla danışır. Amma bizim Beiti kimi əla qapıçımız var. Onun yeni mövsümdə komandanın bir nömrəsi olacağını gözləyirəm. Ona tam olaraq güvənirik".

Qeyd edək ki, qış fasiləsində Halldorssonun adı ölkəsinin bəzi klubları ilə hallanırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26