Interposta.Info

Azərbaycanda sabiq nazir vəfat etdi

Ölkə
 21-07-2020, 10:51     1 115

Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.

"İnterPosta" publika.az-a istinadən xəbər verir ki, 1989-1996-cı illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri vəzifəsini tutmuş, Azərbaycan SSR əməkdar iqtisadçısı, "Şərəf nişanı" ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Bağırova Nailə Ağadadaş qızı 1939-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb. O, əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.

Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilib. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınıb.

Allah rəhmət eləsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26