Interposta.Info

Azərbaycanın diplomatları arasında koronavirusa yoluxanlar var (RƏSMİ)

Ölkə
 3-07-2020, 11:27     350

"Xaricidəki diplomatik nümayəndəliklərimizdən bir nəfərdə COVID-19 virusu aşkarlanıb”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, hazırda həmin şəxsin vəziyyəti yaxşıdır: "Həmin şəxs müalicə olunub və hazırda işinin başındadır”.

Qeyd edək ki, bundan öncə Azərbaycanda digər rəsmi qurumlarda - Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, "Bakı Metropoliteni”, ''Azərsu''da koronavirusa yoluxma halları qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26