Interposta.Info

DİN-in əməkdaşları koronavirusa yoluxub - RƏSMİ

Ölkə
 10-06-2020, 16:25     359

Xüsusi karantin rejimi başlayandan bu günə qədər polis əməkdaşları gücləndirilmiş iş rejimində karantin rejiminə nəzarəti həyata keçiriblər.

"İnterPosta" xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə, polislər hər gün yüzlərlə, minlərlə insanla ünsiyyətdə olurlar.

“Öz həyatlarını, sağlamlıqlarını riskə ataraq insanlarla ünsiyyətdə olurlar. Bu da sözsüz ki, polis əməkdaşları arasında koronavirusa yoluxma hallarına gətirib çıxarıb. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları arasında koronavirusa yoluxanlar var. Onlarda xəstəlik müəyyən edildikdən sonra dərhal xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Hazırda sağalıb evə buraxılanlar, müalicə alanlar da var. Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, mütəmadi olaraq polis əməkdaşlarından testlər götürülür, vəziyyətə nəzarət olunur. Buna baxmayaraq, yoluxmalar da olur".

DİN rəsmisi qeyd edib ki, xəstəlikdən sağalanlar arasında işə qaydanlar yoxdur. Onlara ev şəraitində istirahət verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26