Interposta.Info

Nazir olimpiya mükafatçısını yeni vəzifəyə təyin etdi

Ölkə
 1-07-2020, 09:50     365

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

"Report"un məlumatına görə, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26