Interposta.Info

Ramin Bayramlı istefa verib? - AÇIQLAMA

Ölkə
 1-07-2020, 00:19     428

"Ramin Bayramlının istefa verməsi barədə yayılan məlumatlar doğru deyil"

"İnterPosta" xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, Ramin Bayramlı iş başındadır:

"Bu gün koronavirusla mübarizə üçün başqa bir layihə ilə bağlı məşğuldur. İşlər gərgin olduğu üçün Ramin Bayramlı mətbuat konfranslarında iştirak edə bilmir. Burada başqa bir səbəb yoxdur. O "REACT" layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır”,-deyə Qarayeva bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26