Interposta.Info

"Bəzi tibb müəssisələrinin rəhbərləri işdən çıxarılıb"- RƏSMİ

Ölkə
 1-05-2020, 18:58     325

"Pandemiya dövründə nöqsanlara yol verən tibb müəssisələrinin rəhbərləri işdən azad edilib".

Bunu TƏBİB rəhbəri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, kornavirus pandemiyası dövründə ölkədə fəaliyyət göstərən tibb müəssisələri ciddi şəkildə nəzarətdə saxlanılıb.

TƏBİB rəhbəri söyləyib ki, qaydalara əməl etməyən, ciddi nöqsanlara yol verən tibbi müəssisələrinin rəhbərləri barədə ölkə rəhbərliyinə məlumat verilib və onların işdən çıxarılması ilə bağlı tədbirlər görülüb.

R.Bayramlı bu cür halların Goranboy, Göygöl və Gəncədə qeydə alındığını bildirib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26