Interposta.Info

SON DƏQİQƏ: Azərbaycanda yüksəkvəzifəli şəxslər saxlanıldılar

Ölkə
 13-06-2020, 22:00     1 982

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

BAKU.WS-in verdiyi məlumata əsasən keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözü gedən qurumda çalışan Elçin Ələkbərov saxlanlıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinir. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb.

Bundan əlavə DSMF nun Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26