Interposta.Info

SON DƏQİQƏ! Səhiyyə naziri əmr imzaladı: Aprelin 25-də və 26-da qüvvəyə minəcək

Ölkə
 26-04-2020, 00:42     489

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevi “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.

Azerforum.com bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə 2020-ci ilin aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVİD-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26