Interposta.Info

DİQQƏT! Bu cür saytlara daxil olsanız, pullarınız oğurlanacaq (VİDEO)

Ölkə
 21-04-2020, 10:15     370

Mağazaların bağlanması ilə onlayn satışlar ciddi şəkildə artıb. İndi, demək olar ki, bir çox mağazalar onlayn satışa keçib.

"İnterPosta" Xəzər TV-yə istinadən xəbər verir ki, iri şirkətlər alıcıların informasiya təhlükəsizliyini təmin etsə də, bu sahədə yeni olanlar və digər kiçik mağazalardan alış-veriş zamanı bəzi problemlər yaşanır.

Bəzən vətəndaşların kart hesabından pul oğurlanması müşahidə edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bununla bağlı bir sıra tövsiyələri var.

Onlayn alış verişə tələbin artması ilə internet dələduzluğunun da sayı artıb.

Karantin rejimi ilə əlaqədar bir çox mağazalar onlayn satışa keçib. Əvvəlcədən bu sistemi quran iri şirkətlər təhlükəsizlik tədbirlərini öncədən nəzərə alsa da, sonradan onlayn satışa keçən mağazalarda bu nəzərə alınmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilir ki, vətəndaşlar onlayn alış veriş zamanı hər hansı fırıldaqçılıqla qarşılaşmamaq üçün mütləq qaydada bəzi qaydalara əməl etməlidirlər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlovanın sözlərinə görə, hazırda ən geniş yayılan internet fırıldağı fişin üsuludur.

Vətəndaşlara göndərilən spam mesajlar vasitəsilə şəxsi məlumatlar oğurlanır. Buna görə də tanış olmayan heç bir mənbədən gələn məlumatı açmaq tövsiyə olunmur.

Onlayn dələduzluqla qarşılaşan vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə və ya sosial media hesablarına müraciət edə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26