Interposta.Info

Alimlərdən SOS: Onlayn alış-veriş psixi xəstəlik yaradır

Müxtəlif
 16-11-2019, 16:33     10 399

İnternet üzərindən alış-verişə bağlılıq insanın psixi pozğunluq növlərindən biri kimi qəbul edilməlidir.

Bu nəticəyə bir sıra alman elm adamının apardığı ortaq araşdırmadan sonra gəlinib.

Mütəxəssislər xatırladıb ki, şopaqalizm hələ də təyin olunmamış psixotik bir xəstəlik kimi təsnif edilir. Elm adamları "kompulsiv alış-veriş" anlayışına da aydınlıq gətiriblər.

Bu, insanın bəzən hətta lazımsız şeyləri daim əldə etmək üçün ekstremal və nəzarətsiz bir istəklə qarşılaşmasıdır. Alimlərin fikrincə, dünya əhalisinin 5%-i bu asılılıqdan əziyyət çəkir.

"Mütəxəssislərin dediyi kimi, hazırkı internet çağında "onlayn shopoqolizm" hər il kortəbii bir sürətlə dünyada yayılır”, - " Comprehensive Psychiatry" jurnalı yazır.

Peşəkarlar onlayn alış-veriş asılılığını artan narahatlıq və depressiya ilə də əlaqələndirirlər./qaynarinfo

İnterPosta..info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26