Interposta.Info

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Ölkə
 14-03-2020, 09:01     308

"Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.

"İnterPosta" məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

"Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26