Interposta.Info

Azərbaycanda dəhşət - paltarına od düşən qadın öldü

Ölkə
 6-03-2020, 10:15     396

Ehtiyyatsızlıq yaşlı qadını canından etdi.

Hadisə Lənkəranda, daha dəqiq isə, Şirəli Məmmədov küçəsi ev 12 ünvanında qeydə alınıb.

Adı çəkilən ünvanda yaşayan 62 yaşlı Ziba Fətullayeva ehtiyatsızlıqdan paltarını yandırıb.
Belə ki, qadının paltarının ətəyi evdə quraşdırılmış qaz sobasına ilişib və arxa hissədən yanmağa başlayıb.

Bundan bir az gec xəbər tutan yaşlı qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada Ziba Fətullayevaya bütün bədən səthinin üçüncü-dördüncü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın dünyasını dəyişib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26