Interposta.Info

Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib

Ölkə
 16-12-2019, 11:52     356

Lökbatanda yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

"İnterPosta.info" xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Təcili Tibbi Yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllimi götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26