Interposta.Info

Abel Məhərrəmov təcili olaraq xəstəxanaya yerləşdirildi

Ölkə
 12-02-2020, 09:44     376

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

"İnterPosta" "oxu.az”a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26