Interposta.Info

Təhsil naziri postuna Abel Məhərrəmov gətirilir? - BDU-dan iddialara cavab

Gündəm
 7-02-2018, 14:31     10 045

Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postuna BDU-nun rektoru Abel Məhərrəmovun gətiriləcəyi iddia edilir.

interposta.info
qaynarinfo-a istinadən xəbər verir ki, yayılan xəbərdə BDU-nun rektoru Abel Məhərrəmovun artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı bildirilir.

Yayılan xəbərlərlə bağlı Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Yenicag.az-a açıqlama verib.

Pərvanə İbrahimova yayılan xəbərləri təkzib edərək, bunların həqiqəti əks etdirmədiyini deyib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 5-dən Təhsil naziri vəzifəsi boşdur.

Qeyd edək ki, Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26