Interposta.Info

Xudat Şəhər Xəstəxanası fəaliyyətini dayandırır? (RƏSMİ)

Ölkə
 6-02-2020, 17:58     420

Sosial şəbəkələrdə Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin müvəqqəti dayandırılması və müəssisədə çalışanların işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə "İnterPosta"ya TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.

Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26