Interposta.Info

Ekstrasenslər 17 yaşlı itkin qızın yerini dedi, polis tapdı

Ölkə
 31-01-2020, 09:33     510

Kentukki ştatında yaşayan ekstrasenslər itkin düşmüş 17 yaşlı qızın harada olduğunu dəqiq göstərib. Polis də qızı həmin yerdəcə tapıb.

Heyli Meri Martin bir həftə əvvəl yoxa çıxıb. Daha doğrusu, atası ilə mübahisədən sonra sadəcə evdən qaçıb. Yeniyetmə üç gün evə qayıtmayandan sonra nə dostları, nə qohumlarının yanında olmadığını görən valideynləri polisə müraciət edib.

Hüquq-mühafizə orqanları mümkün olan hər şeyi etsə də, araşdırmanı davam etdirmək üçün heç bir ipucu tapmayıb. Rayon sakinləri artıq qıza təcavüz olunaraq öldürülməsi haqda danışmağa başlayandan sonra şerif Kris Kvayr hətta paranormal qabiliyyətlərinin köməyi ilə itkin Heylini tapmaqda könüllü olan ekstrasenslərin köməyinə belə razılıq verib.

Ekstrasenslər itkin düşən qızın valideynlərinin evinə toplaşaraq, şerif və polisin gözü qarşısında bacarıqlarını nümayiş etdirməyə başlayıb. Onların gəldiyi nəticəsi belə olub: Heyli sağdır, qonşu Skots bölgəsindədir, yeniyetməni təkbaşına "səyahətinin" əsl tarixçəsini bilməyən təsadüfi tanışların evində gizlənir. Bundan sonra polislər deyilən yerə gedir və qaçaq qızı axtarmağa başlayır.

Hər şey belə də oldu. Şerif Kris Kvayr sonralar deyəcək: "Baxmayaraq ekstrasenslər bu məsələdə kömək edə bilmədilər (daha doğrusu, çatdıra bilmədilər), mən əmin oldum ki, onlara polis təhqiqatlarında arxalanmaq olar. Kris buna qədər paronormal qabiliyyəti olan insanların polisə yardım etmələrini oxuyub-eşitsə də, inanmı olmayıb. İndi isə şübhələri yoxa çıxıb, skeptizmi isə xeyli azalıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26