Interposta.Info

Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"

Ölkə
 25-01-2020, 17:52     742

"Azərbaycanda yaxın zamanlarda dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”.

"İnterPosta.info" xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ və Malatya şəhərlərində 6.8 bal gücündə baş verən zəlzələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün təkanlar olur: "Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə olaraq zəif təkanlardır. Amma təbii ki, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki burada ən azından məsafə amili var”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26