Interposta.Info

"Qanköçürmə"nin direktoru işdən çıxarıldı: Kütləvi ixtisarlar

Ölkə
 15-01-2020, 22:47     443

B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutuna (Qanköçürmə İnstitutu) yeni direktor təyin edilib, əvvəlki rəhbər Zöhrə Əlimirzayeva isə işdən çıxarılıb.

"İnterPosta" medicina.az-a istinadən xəbər verir ki, onun yerinə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib.

Xəstəxanadan saytımıza bildirilib ki, yeni direktor işə başlayandan dərhal sonra kadr dəyişikliklərinə başlayıb, bir neçə həkimin ərizəsi alınıb. Onun ciddi kadr dəyişiklikləri edəcəyi gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26