Interposta.Info

İTV-nin iki departament rəhbəri işdən çıxarıldı -

Müxtəlif
 5-06-2017, 21:08     620

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

interposta.info
xəbər verir ki, BakuPost.az-ın əldə etdiyi məlumata görə, şirkətin informasiya departamentinin direktoru Telman Məmmədov (Nəzərli) vəzifəsindən çıxarılıb. Onun yerinə departamentin direktor müavini Ələsgər Vəliyev təyin edilib.

Məlumat üçün bildirək ki, T.Məmmədov Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Daha bir dəyişiklik isə Gənclər, elm və təhsil departamentində olub. Məlumata görə, departamentin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26