Interposta.Info

İTV-yə yeni direktor təyin olundu

Ölkə
 9-06-2017, 15:11     755

İctimai Televiziya və Radio Yayımları Şirkətində növbəti kadr dəyişikliyi edilib.

Bakıpost.az-ın məlumatına görə, bir müddətdir, rəhbərsiz qalan Musiqi, bədii və əyləncəli verilişlər departamentinə yeni direktor təyin edilib. Bu vəzifə "Oberton” verilişinin aparıcısı Xəyalə Əzizovaya həvalə edilib.

Məlumat üçün bildirək ki, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin sabiq rəhbəri Natiq Abdullayev bir müddət əvvəl bu vəzifədən azad edilərək, "Carçıfilm” Yaradıcılıq Birliyinə direktor təyin edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26