Interposta.Info

Ev sahibi kirayeşinin hərbi biletini oğurladı - İDDİA

Ölkə
 15-01-2020, 22:37     544

Gənc ailəni müqaviləsiz evində saxlayan qadın, kirayəşinin hərbi biletini oğurladı…

2016-cı ilin iyun ayından ailəsiylə kirayədə yaşayan Səfər Mehrəliyev, ev sahibinin ondan xəbərsiz halda paltarından hərbi biletini oğurlayıb. Səfər Mehrəliyev, hərbi bileti ev sahibi oğurlanan müddətə qədər, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində kirayə qalıb. Maddi baxımdan imkanı olmadığı üçün və eyni zamanda şəxsi evi olmadığına görə kirayədə yaşmaq məcburiyyətində qalmışdır.
O bildirir ki, ev sahibi Zəkiyyə adlı xanım, ailəsiylə kirayədə qaldığı müddətdə onları həyətində işlədib. Həmin vaxtlarda Səfər Mehrəliyev, rayondan yenicə gəldiyi üçün, kiraəyinin müqaviləylə olduğunu bilmirdi. Bundan istifadə edən ev sahibi, ailəni evində müqaviləsiz kirayədə saxlayıb.
Bu azmış kimi,Zəkiyyə adlı xanım,ailənin qaldığı otağa, qanunsuz( levi) işıq çəkib. Səfər Mehrəliyev, dəfələrlə otaqda qısaqapanmanın olma ehtimalının və evdə körpə uşağın olmasını bildirsə də, o buna məhəl qoymayıb:

“Evdən çıxmağa hazırlaşan müddətdə ev sahibiylə razılaşdım ki, imkanım olmadığından sonuncu ayın pulunu qısa müddətdə verəcəm. O da, bununla razılaşmışdı. Lakin məndən xəbərsiz biz oldmadığımız müddətdə paltarıma girmiş, cbimdən hərbi biletimi götürmüşdür. Özü də qeyd edir ki, girov saxlayıram”

Səfər Mehrəliyev, dəfələrlə bunun qanuna zidd olduğunu bildirsə də, ev sahibi olan Zəkiyyə xanım, buna da məhəl qoymamışdır.

Qeyd: Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26