Interposta.Info

Aydın Bəşirov Türkiyədə vəfat etdi

Ölkə
 29-12-2019, 13:05     289

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.

"İnterPosta.info" xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.

Bildirilib ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü ildə isə vəzifəsindən azad edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26