Interposta.Info

Məleykə Əsədova:

Maqazin
 21-06-2017, 18:08     700

Xalq artisti Məleykə Əsədova Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun ona mənzil hədiyyə etməsiylə bağlı açıqlamasına münasibət bildirib.

Əsədova Bəşirovun dediklərini təkzib edib:

"Aydın Bəşirov heç zaman mənə mənzil hədiyyə etməyib. Ümumiyyətlə, kimsə deyə bilməz ki, Məleykəyə mənzil hədiyyə etmişəm. 16 yaşımdan işləyirəm və nə etmişəmsə zəhmətimin hesabına olub. Həmin mənzillərdə iki ailə yaşayırdı. O zaman belə mənzillər mövcud idi. Birində mən, digərində isə rus qadın yaşayırdı. Sonra rus qadın vəfat etdi. Müəllimin Lütfi Məmmədbəyovun xahişi ilə 11 kvadratmetrdən ibarət mənzil mənim mənzilimə birləşdirildi. "Kaspar" yox, başqa qurum da olsa, o xahiş olunacaqdı. Çünki o zaman mənim yaradıcı insan olmağım nəzərə alınmışdı".

M.Əsədova dövlət tədbirlərində iştirakı barədə də danışıb:

"O ki qaldı dövlət tədbirlərinə, indiyədək xeyli sayda tədbirlərdə iştirak etmişəm. Onların sayı bəlkə də yüzlərlədir. Amma heç vaxt yaxt klubda tədbirdə olmamışam. Bu deyilənlər şər və böhtandan başqa bir şey deyil"./ölkə.az

Qeyd edək ki, A.Bəşirov saytımıza açıqlamasında Məleykə Əsədovaya mənzil hədiyyə etdiyini bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26