Interposta.Info

Səhiyyə Nazirliyi Qusarda həkimin rüşvət alması barədə məlumatlara münasibət bildirib

Ölkə
 19-12-2019, 17:01     382

Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb.

“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26