Interposta.Info

Akademiya tələbələrə siqaret çəkməyi tövsiyyə etdi, ölkə qarışdı

Ölkə
 19-12-2019, 09:47     398

Vyana Dövlət Operasının prestijli balet akademiyasında çəkilərini qorumaq üçün tələbələrə siqaret çəkmələri tövsiyə olunub.
Bu səbəbdən komissiya qurularaq istintaq başladılıb. Aparılan araşdırma zamanı tələbələrin onların ölçüləri ilə çağırıldıqları məlum olub.

İstintaq hesabatında uşaq və yeniyetmələrin ayrıseçkilikdən, səhlənkarlıq və mənfi tibbi təsirlərdən lazımi səviyyədə qorunmadıqları qeyd olunub.

Digər tərəfdən uşaqların məşq prosesinə nəzarətin az olduğu və onların sağlamlığının təhlükəyə atıldığı vurğulanıb. Avstriyanın mədəniyyət naziri Aleksandr Şallenberq problemin həlli üçün dərhal hərəkətə keçilməli olduğunu deyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26