Interposta.Info

Tələbələrə şad xəbər - Təqüdlər artırılır

İqtisadiyyat
 26-10-2018, 20:21     10 501

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.

BakuPost xəbər verir ki, bu barədə ölkənin 2019-cu il üzrə büdcə zərfində qeyd olunub.

Sənədə görə, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq.

Məlumat üçün bildirək ki, 2019-cu il üçün tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq.

Dövlət İmtahan Mərkəzinə isə 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26