Interposta.Info

Polkovnik Orucov Mustafanın ömür yolu

Ölkə
 7-12-2019, 13:23     4 021

82 yashinda,vefat edən polkovnik Orucov Mustafa Eyyub oglunun xatirəsinə

Orucov Mustafa Eyyub oğlu 6 avqust 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə Bakı şəhərində 132 saylı orta məktəbi bitirmişdir.
Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsində təhsil almış ,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu , SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını ,Amerika Birləşmiş Ştatlarında xüsusi dövlət əhəmiyyətli şəxslərin və obyeklərin qorunması , təhlükəsizliyinin təmin edilməsi kurlarını fərqlənmə diplomu ilə bitirmişdir.
1972-ci ildə Azərbaycan Daxili Işlər Orqanlarında işləməyə başlamışdır.Əməliyyat müvəkkili vəzifəsindən başlayaraq şöbə rəisi , nazirliyin kadr aparatının rəisi vəzifələrində çalışmışdır.
1993-2000-ci illərdə Azərbaycan Respublikasının prezidentinin Təhlükəsizlik Xidmətində məsul vəzifələrdə çalışmış və yaş həddinə əsasən əkskəşfiyyat xidmətinin rəisi vəzifəsindən təqaüdə göndərilmişdir.
Əmək, silahlı quvvələri müharibə veteranıdır,xüsusi dövlət mühafizə xidməti hərbi polkovnikidir.
1954-1971-ci illərdə idmanın güləş növü ilə məşqul olmuşdur.
17 dəfə Azərbaycan çempionu ,7 dəfə Ümumittifaq turnirlərin qalibi, 2 dəfə Zaqafqaziya çempionu, SSRİ xalqlarının V və VI Ümumittifaq Spartaqiyadasının mükafatçısı olmuşdur.
1958-ci ildə 19 yaşında ilk Azərbaycanlı SSRİ idman ustası adına layiq görülmüşdür.
1967-ci ildə Danimarkanın Kopenhagen şəhərində Avropa miqyaslı turnirdə çempion olduguna görə Azərbaycan İdmançıları arasında ilk dəfə Beynəlxalq İdman Ustası adına layiq görülmüşdür.
Danimarka, İran, Tunis, Macarıstan, Almaniya, Yuqoslaviya,Yaponiya,Rumıniya,ABŞ,İngiltərə və s. ölkələrdə keçirilən beynəlxalq görüşlərdə qələbələr qazanmışdır.
Moskvada keçirilən tələbələr arasında SSRİ çempionatında 12 qələbə qazanmış və bu 12 görüşə görə 10 dəqiqə vaxt sərf etdiyinə görə xüsusi mükafatlara layiq görülmüşdür.
1957-1971-ci illərdə Azərbaycanən seçmə komandasının kapitanı, 1969-1971-ci illərdə həmçinin seçmə komandasının məşqçisi olmuşdur.
SSRİ seçmə komandasının üzvü olmuşdur.
Alıyev Asim

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26