Interposta.Info

Nazirin

Ölkə
 1-02-2017, 11:47     1 088

Nazirin

Ötən gün Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunan polis polkovniki Heydər Heydərov ad-soyadı sosial şəbəkə istifadəçilərində anlaşılmazlıq yaradıb. Bəzi şəxslər bir neçə gün əvvəl istefaya göndərilən Heydər Heydərlinin yenidən vəzifəyə təyin olunduğunu bildiriblər.

interposta.info xatırladır ki, bir neçə gün öncə təqaüdə göndərilən Heydər Heydərli Xətai Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini işləyirdi və polis polkovnik-leytenantıdır.

Heydər Heydərov isə bu təyinata qədər DİN-in Daxili Təhlükəsizlik Xidmətinin rəisi işləyib.

Ölkə.az Heydərov Heydər Teyyub oğlunun tərcümeyi-halını da dərc edib. Belə ki, o, 1959-cu ildə anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1986-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışıb.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

O, general Şərif Əsədullayevin yaşa görə təqaüdə göndərilməsindən sonra, 27 yanvar 2017-ci ildə hazırkı vəzifəsinə təyinat alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26