Interposta.Info

Fədayənin xilaskarı Mir Şahindən – Açıqlama

Ölkə
 29-10-2019, 15:01     10 352

Tanınmış telejurnalist, Real TV-nin rəhbəri Mir Şahin 2 illik həbsdən sonra bu gün azadlığa çıxan Fədayə Laçının onu “xilaskarım və ən böyük dəstəkçim” adlandırmasından danışıb.

Mir Şahin F.Laçınln açıqlamasına yalnız bu sözlərlə cavab verib:

“Arzu edirəm ki, yolu bir daha ordan düşməsin. Həmişə evində, ailəsinin yanında olsun”.

Xatırladaq ki, 2 illik həbs həyatından sonra F.Laçın bu gün azadlığa çıxıb. Müğənni ilk açıqlamasında bildirib ki, ailəsi hər zaman yanında olsa da, Mirşahin bəy (Mir Şahin) xilaskarı və ən böyük dəstəkçisi olub.

Qeyd edək ki, F.Laçın xüsusi təyinatlı vaqondan “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi. Ötən ay keçirilən məhkəmədə elan olunan qərara əsasən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26