Interposta.Info

Fədayə Laçın oktyabrın 23-də azadlığa çıxacaq - cəzası azaldıldı

Maqazin
 1-10-2019, 08:45     10 492

Müğənni Fədayə Laçın və digərləri aldıqları cəzadan narazı qalaraq apellyasiya məhkəməsinə müraciət ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə qərar elan edilib.

Qərara əsasən F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Xatırladaq ki, müğənni Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovla birlikdə hakim qarşısına çıxarılıb.

Onlar xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs ediliblər.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə konvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum ediliblər.

“Qocanın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.

B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

Fədayə Laçının 2 illik cəzası bu il oktyabrın 23-də başa çatacaq.

Məsələ ilə bağlı müsavat.com-un əməkdaşı müğənninin bacısı İlahə Fəda ilə əlaqə saxlayıb. O, məhkəmənin qərarından şoka düşdüyünü deyib:

“Məhkəmənin qərarından hamımız şokdayıq. Sevincimiz o qədər böyükdür ki, başqa heç nə danışa bilmirəm”.

Qeyd edək ki, bugünlərdə jurnalist Mir Şahin Ağayev, deputat Çingiz Qənizadə, bir sıra sənətçilər müğənninin bağışlanması üçün çağırış etmişdilər.

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib. Həmin il xalq artistləri Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova bir araya gələrək ölkə prezidentinə və birinci xanıma müraciət etmiş, müğənninin azad olunmasını, bağışlanmasını istəmişdilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26