Interposta.Info

Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi

Ölkə
 24-10-2019, 14:11     10 454

Bakı şəhər Baş Polis İdarəsi Bakıda qanunsuz aksiyaya cəhdin qarşısının alınmasında iştirak edən bir qrup polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən "İnterPosta.info"ya bildiriblər ki, yayılan məlumatlar yalandır:

"Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26