Daxili İşlər naziri üç vəzifəli şəxsi işdən çıxardı

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.
"İnterPosta.info" oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.
Onların yerinə hələlik təyinat yoxdur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26