Interposta.Info

Azərbaycanda bələdiyyələrlə bağlı üç yeni qanun qəbul olunacaq

Ölkə
 24-09-2019, 18:03     10 422

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda komitənin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

Həmçinin qeyd edilib ki, qarşıdakı sessiya müddətində komitədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə yeni qanun layihələrinin hazırlanması, digər sənədlərin müzakirəsi planlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26