Interposta.Info

Azərbaycanda təhsil qrantı ilə təhsil alan əcnəbi tələbələrə aylıq təqaüd veriləcək

Ölkə
 1-09-2019, 10:20     10 309

Nazirlər Kabineti “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği" və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği" Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsait hesabına İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” isə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsait hesabına Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.

Hər iki qərara dəyişiklik təhsil qrantı ilə əlaqədardır. Beləliklə, bu Qaydalara əsasən, indiyə qədər təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrindən gəliş-gediş xərclərini əhatə edib. Dəyişikliyə əsasən, təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edəcək. Başqa sözlə, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və kommunal xidmətlər üçün xərclər aylıq təqaüdlə əvəzlənib. İldə bir dəfə əcnəbi tələbələrin ölkələrindən gəliş-gediş xərclərinin əvəzində isə Qaydalara beynəlxalq nəqliyyat xərcləri maddəsi əlavə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26