Interposta.Info

Nazir Aprel şəhidinin oğluna verdiyi sözü tutdu (FOTO)

Ölkə
 31-08-2019, 19:35     10 293

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladına planşet hədiyyə edib.

"İnterPosta.info" xəbər verir ki, bu barədə "Şəhidlərimiz" Facebook səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu il iyun ayının 1-də Aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu bildirib.

Nazir söz verib ki, yeni dərs ilində ona planşet hədiyyə edəcək. R.Quluzadənin söz verdiyi planşet artıq şəhid övladına çatdırılıb. Buna görə Raquf Orucovun ailəsi nazirə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

Nazir Aprel şəhidinin oğluna verdiyi sözü tutdu (FOTO)

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "İgidliyə görə” medalı ilə təltif edilib. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib.

İnterPosta.info

Nazir Aprel şəhidinin oğluna verdiyi sözü tutdu (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26