Interposta.Info

Ramin Quluzadənin

Ölkə
 14-02-2017, 16:51     1 046

Ramin Quluzadənin

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb

Avropa.info xəbər verir ki, verilən sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri birləşdirilib.

Prezidentin bu sərəncamı ilə 2002-ci ildən bu yana nəqliyyat naziri postunu tutan Ziya Məmmədov da öz postunu itirib.

Prezidentin digər sərəncamı ilə isə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Hazırda hamı üçün maraqlı olan məsələlərdən biri isə Ramin Quluzadənin nəqliyyat üzrə müavininin kim olacağıdır.

Avropa.info-nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, bu interposta.info Ziya Məmmədovun birinci müavini olmuş Musa Pənahovun təyinat alacağı gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26