Interposta.Info

İki nazir müavini ixtisara düşüb

Gündəm
 22-01-2018, 13:31     10 552

Musa Pənahov və Arif Əsgərov da ixtisara düşdülər

Xəbər verdiyimiz ki, prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib.

interposta.info xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumat görə, prezidentin təsdiq etdiyi struktur sənədində keçmiş nəqliyyat nazirinin müavinləri Arif Əsgərov və Musa Pənahov sözügedən sənəddə yer almayıblar. Onlar nazir müavini vəzifələrindən azad olunublar.

Qeyd edək ki, prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə hələlik nəqliyyat üzrə müavin təyin etməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26