Interposta.Info

Sinif yoldaşından 53 il sonra qisas aldı: ələ salınmasını unuda bilməyib

Ölkə
 29-08-2019, 21:19     10 413

Tailandın Anqthonq şəhərində 69 yaşlı kişi keçmiş sinif yoldaşını güllələyib. O, məktəb vaxtı ələ salınmasını unutmayıb.

Qaynarinfo Bizimyol.info-ya istinadən xəbər verir ki, Thanapat Anakesri 53 il Suthat Kosamayatı bağışla bilməyib. Suthat 16 yaşları olanda bütün sinfi Thanapata qarşı çevirib, onu birlikdə torpağa basdırıblar. Bundan sonra Anakesri məktəbi atmalı olub. Sonradan Thanapat desant, Suthat isə dərzi olacaqdı.

Məzunların növbəti görüşündə Thanapat həmin hadisəni xatırladıb, keçmiş sinif yoldaşına üzr istəməyi təklif edib. Suthat deyib ki, həmin məsələni unudub, heç xatırlamağa da dəyməz. Anakesri özündən çıxıb, Kosamayatı qarnından güllələyərək qisas alıb. Zərərçəkəni təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Thanapat polisə təslim olub. Dediyinə görə, keçmiş sinif yoldaşının o güllədən öldüyünü bilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26