Interposta.Info

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Ölkə
 25-08-2019, 09:49     10 462

Azərbaycanlı bloqer Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Report-un xəbərinə görə, əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.

İnterPosta.info

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı
Azərbaycanlı bloqer Rusiyada saxlanıldı
Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26